Konqo Demokratik Respublikasında qayıq batdı: Azı 78 ölü

Konqo Demokratik Respublikasında qayıq batdı: Azı 78 ölü backend

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində yerləşən Kivu gölündə 278 sərnişini olan qayıq batıb. Ən azı 78 nəfər ölüb.

Qaziler.az xəbər verir  ki, bu barədə TRT-Haber bildirib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Şimali Kivu əyalətinin mərkəzi Qoma şəhərindəki Kituku limanından yola düşən həddindən artıq yüklü qayıq aşıb. Tutumundan çox sərnişin daşıdığı təxmin edilən qayıqda 78 sərnişinin cəsədi tapılıb.

Göldə axtarış-xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib. Qəzanın səbəbi ilə bağlı heç bir açıqlama verilməsə də, qayığın tutumundan daha çox sərnişin və yük daşıdığı güman edilir.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür qəzalar həm qayıqların baxımsızlığı, həm də öz imkanlarından artıq yük və sərnişinlərin daşınması nəticəsində baş verir.

QAZİLER.AZ

 

Diaspora