Varşavada hava limanında çamadan partlayıb

Varşavada hava limanında çamadan partlayıb backend

Varşavada Frederik Şopen adına Beynəlxalq Hava Limanında partlayış baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə yerli “RMF 24” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 2-də baş verib. Vyanaya uçan sərnişinlərdən birinin çamadanı baqaj çeşidləmə otağında partlayıb.

Telekanalın məlumatına görə, çamadanda tədqiqat üçün bioloji material və onların soyudulması üçün istifadə edilən quru buz nümunələri olub ki, bu da partlayışa səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, biomateriala da ziyan dəyməyib. Hava limanını evakuasiya etməyə də ehtiyac qalmayıb.

QAZİLER.AZ

Diaspora