NATO-nun yeni baş katibi Mark Rutte Kiyevə səfər edib.
Qaziler.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Mark Ruttenin Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı keçirəcəyi bildirilir.
“NATO-nun baş katibi Kiyevə səfər edib. Tezliklə NATO-nun baş katibi Mark Rutte və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə mətbuat konfransı keçiriləcək”, - mətbuat xidməti bildirib.
Qeyd edək ki, Hollandiyanın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-də Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə rəsmi olaraq başlayıb. Onun sələfi Yens Stoltenberq Alyansın qərargahında səlahiyyətlərini təhvil verib.
QAZİLER.AZ