"İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın nüvə obyektlərinə zərbələr endirməlidir".
Qaziler.az xəbər verir ki, bu fikirləri yəhudi dövlətinin keçmiş baş naziri Naftali Bennet “The Wall Street Journal”a müsahibəsində deyib. Onun fikrincə, Təl-Əviv neft sənayesi obyektlərinə də hücum etməlidir.
“Hizbullah” və HƏMAS müvəqqəti olaraq iflic vəziyyətindədir, İran isə həssasdır. Hazırda onlar çılpaqdırlar, özlərini müdafiə etməyə imkanları yoxdur. İsrail Yaxın Şərqin simasını dəyişmək üçün son 50 ildə ən böyük fürsətə sahibdir. İndi ahtapotun başına vurmağın vaxtıdır, əks halda sağala bilər”, - deyə Naftalı Bennet çağırış edib.
QAZİLER.AZ