ABŞ prezidenti Co Bayden deyib ki, o, İranın İsrailə raket hücumuna cavab olaraq Tehranın nüvə proqramını ilə əlaqəli İsrailin hücumunu dəstəkləməyəcək.
Qaziler.az bu barədə xarici KİV-ə istinadla bildirir.
Bayden jurnalistlərin İranın İsrailə raket zərbələri endirdikdən sonra belə bir cavabı dəstəkləyib-dəstəkləməyəcəyi sualına “Mənim cavabım yox” deyib.
Bayden bu açıqlamanı Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan olan “Böyük Yeddilik” qrupunun liderləri ilə İrana qarşı yeni sanksiyaları müzakirə etmək üçün telefonla danışdıqdan sonra edib.
QAZİLER.AZ