Hizbullah İsrailin şimalına 100 raket atıb

Hizbullah İsrailin şimalına 100 raket atıb backend

“Hizbullah” hərəkatı İsrailin şimalına daha 100 raket atıb.

Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri öz teleqram kanalında açıqlama yayıb.

100 raketin hamısı əraziyə düşüb. 70-ə yaxın raket Qərbi Qaliley bölgəsindədir. İkisi Avivim yaxınlığında, 30-u Yuxarı Qaliley bölgəsindədir.

Oktyabrın 2-də “Hizbullah” Livanın cənubunda, Marun ər-Ras sərhəd bölgəsində İsrail ordusu ilə döyüşə girib. Sentyabrın 23-də isə İsrail Müdafiə Qüvvələri Livanda “Hizbullah”ın hərbi infrastrukturuna qarşı önləyici hücum əməliyyatına başladığını elan edib.

QAZİLER.AZ

Diaspora