ABŞ və müttəfiqləri İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlayıb.
Amerika lideri bu mövzunu artıq G7-yə üzv olan ölkələrdəki həmkarları ilə də müzakirə etdiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumuna başladığını elan edib.
QAZİLER.AZ