Almaniyada dəmiryolu vağzal təhlükəli virusa görə BAĞLANDI

Almaniyada dəmiryolu vağzal təhlükəli virusa görə BAĞLANDI backend

Almaniyada Hamburq polisi şəhərin əsas dəmiryolu vağzalını qismən bağlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” nəşri hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Ruandadan olan və qatarla gələn tibb fakültəsinin tələbəsinin “Marburq” virusuna yoluxduğundan şübhələniblər.

“Bir nəfər ICE sürətli qatarda gəlib və onun “Marburq” virusuna yoluxduğu güman edilir”, - məqalədə qeyd olunub.

Nəşrin məlumatına görə, sərnişin daha əvvəl Ruandadan Frankfurta gəlib. Kişinin qızdırması yüksək olub və Ruandada “Marburq” qızdırmasından əziyyət çəkən bir şəxslə təmasda olub.

Vağzal binasına təhlükəli infeksiyaya yoluxmuş xəstələrin daşınması üçün xüsusi təchiz olunmuş təcili yardım maşını gəlib.

Qeyd edilib ki, “Marburq” virus xəstəliyi çox vaxt ölümlə nəticələnən ciddi bir xəstəlikdir.

QAZİLER.AZ

Diaspora