İsrailin Kiprdəki səfiri: Heç bir oğurluq faktı olmayıb

İsrailin Kiprdəki səfiri: Heç bir oğurluq faktı olmayıb backend

İsrailin Kiprdəki səfirinin oğurlanması faktı qeydə alınmayıb, bunlar hamısı saxta xəbərlərdir.

"Report" xəbər verir ki, bu barədə səfir Oren Anolik özü “X” hesabında videomüraciətində bildirib.

“Eşitdim ki, haqqımda yalan şayiələr gəzir. Sizi əmin etmək istəyirəm ki, hər şey qaydasındadır. Deyəsən, kimsə bütün dünyanın mənə zəng etməsini, mesaj yazmasını və yəhudilərin Yeni ilini təbrik etməsi üçün çox yaradıcı bir yol tapıb!”, - səfir bildirib.

Daha əvvəl “Reuters” agentliyi Kiprdəki İsrail səfiri və onun iki yoldaşının sahildə oğurlandığını və naməlum istiqamətə aparıldığını bildirmişdi. "Onlarla bir neçə saat ərzində əlaqə kəsilmişdi. Kipr Təhlükəsizlik Xidməti oğurlanma faktını təsdiqləyib", - məlumatda qeyd olunurdu.

Diaspora