İsrail Quterreşin ölkəyə girişinə qadağa qoyub

İsrail Quterreşin ölkəyə girişinə qadağa qoyub backend

İsrail Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasını tələb edən BMT-nin baş katibi Quterreşi “persona non qrata” elan edərək ölkəyə girişini qadağan edib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada xarici işlər naziri İsrael Katsın BMT-nin baş katibi Antoniu Quterreşi “persona non-qrata” elan etdiyi bildirilib.

Açıqlamada Quterreşin də ölkəyə girişinə qadağa qoyulduğu, qərarın BMT baş katibinin dünən İranın raket hücumundan sonra verdiyi açıqlamaya görə verildiyi bildirilib.

BMT-nin baş katibi dünənki bəyanatında atılan raketlərlə bağlı İranın adını çəkməyib və Tehranın hücumunu “birbaşa qınamayıb”.

Açıqlamada Quterreşi anti-İsrail olmaqda günahlandıran Kats: "İranın İsrailə qarşı iyrənc hücumunu açıq şəkildə qınamayan, az qala bütün dünya ölkələri kimi, İsrail torpaqlarına ayaq basmağa layiq deyil" deyib.

Dünən İranın İsrailə hücumundan sonra verdiyi açıqlamada Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və dərhal atəşkəsə çağırıb.

QAZİLER.AZ

Diaspora