Yəmən husiləri İsraildəki hərbi obyektlərə raket zərbələri endirib.
"Report" xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, hücumda üç “Qüds-5” qanadlı raketindən istifadə olunub: “Raketlər hədəflərinə uğurla çatıb”.
Y.Sari vurğulayıb ki, İranın İsrailə zərbələr endirməsini dəstəkləyir.
General, həmçinin İsrailə qarşı birgə hərbi əməliyyatlara hazır olduğunu bildirib.