Türkiyənin Mardin vilayətində baş vermiş partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Suriya ilə sərhəddə yerləşən Nüsaybin şəhərində baş verib.Məlumata əsasən, yaşayış massivində avtomobil partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı ticarət mərkəzində yanğın başlayıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və tibbi briqadalar işləyir.