İraq, İordaniya və İsrailin hava məkanları müvəqqəti olaraq bağlanıb.
Qaziler.az bildirir ki, bu, yerli KİV-in oktyabrın 1-nə olan məlumatında deyilir.
“Mülki Aviasiya Administrasiyası Krallığın hava məkanının bütün təyyarələrin hərəkəti üçün müvəqqəti bağlandığını elan edib".
Qurumun komissarlar şurasının sədri Haitham Misto, qərarın vəziyyətin gərginləşməsindən sonra verildiyini bildirib. İordaniyanın "Petra" xəbər agentliyinin bəyanatında deyilir ki, bu, uçuş prosesinə və sərnişinlərin təhlükəsizliyinə təsir edən risklərə səbəb ola bilər.
İsrailin "Haaretz" qəzeti "İsrail İranın hücumundan sonra hava məkanını bağlayıb" yazır. Nəşr daha sonra ölkənin hava məkanını açdığını və uçuş və enişlərin bir saat ərzində planlaşdırıldığı kimi bərpa ediləcəyini bildirdi.
İraq səmasının bağlanması barədə ölkənin nəqliyyat naziri Razak Muhaybes əs-Saadaviyə istinadən INA agentliyi məlumat yayıb.
"İraq Nəqliyyat Nazirliyi çərşənbə axşamı günü İraqın bütün hava limanlarında hava hərəkətini müvəqqəti dayandırdığını elan edib", - bəyanatda deyilir.
QAZİLER.AZ