Britni Spirsin üzü və saçları yanıb

Britni Spirsin üzü və saçları yanıb backend

42 yaşlı amerikalı müğənni Britni Spirs altı ay əvvəl evdəki kaminlə baş verən insident zamanı üzündən yanıq xəsarətləri aldığını etiraf edib.

Qaziler.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində paylaşım edib.

Spirsin dediyinə görə, o, otağında olub və kamini yandırıb, lakin kamin onun üzündə partlayıb. Yanğın onun kirpiklərini və qaşlarını, eləcə də başındakı tüklərin bir hissəsini yandırıb.

Britni Spirs təcili yardıma müraciət etmədiyini bildirib. Sadəcə 6-7 saat ərzində özünü narahat hiss etdiyini qeyd edib. Müğənni hazırda özünü yaxşı hiss etdiyini və yeni layihə üzərində işlədiyini deyib.

QAZİLER.AZ

Diaspora