“Hizbullah” hərəkatının nümayəndələri ilə İsrail Müdafiə Qüvvələri arasında birbaşa quru toqquşması olmayıb.
Qaziler.az xəbər verir ki, bunu çərşənbə axşamı Livanın “Hizbullah” şiə hərəkatının media ilə əlaqələr üzrə nümayəndəsi Məhəmməd Afif “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
"Hərəkat döyüşçüləri ilə SAXAL arasında hələlik birbaşa quru toqquşması olmayıb”, - Məhəmməd Afif deyib.
Qeyd edək ki, İsrail ordusunun sözçüsü Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin başladığını elan edib.
QAZİLER.AZ