İsrail Müdafiə Qüvvələri Fələstinin milli azadlıq hərəkatı FƏTH əl-Əqsa Şəhidləri Briqadasının komandiri Munir əl-Maqdanın Livanın cənubundakı evinə raket zərbəsi endirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, general-mayorun oğlu da daxil olmaqla 5 nəfər həlak olub. Hərbçinin özünün taleyi hələ də məlum deyil.
“İsrailin Livandakı ən böyük fələstinli qaçqın düşərgəsinə endirdiyi zərbənin hədəfi Əl-Maqda olub. General-mayorun oğlu da daxil olmaqla beş nəfər hücumdan sağ çıxa bilməyib”, - xəbərdə qeyd edilib.
Qeyd edək ki, sentyabrın 30-dan İsrail ordusunun Livanda quru əməliyyatına başladığı açıqlanıb.
QAZİLER.AZ