"Rusiya tərəfi ABŞ ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdır".
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov Dövlət Dumasında ABŞ-də keçiriləcək seçkilər mövzusunda çıxışı zamanı deyib.
“Düşünürəm ki, ABŞ-da yaranmış ikitərəfli anti-Rusiya konsensusu nəzərə alınmaqla, heç bir xüsusi illüziyaya yol verilməməlidir. Biz bu ölkə ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıyıq. Biz buna hər mənada hazırıq”, - Ryabkov bildirib.
Nazir müavini onu da əlavə edib ki, Rusiya bütün xəbərdarlıq siqnallarını düşməninə göndərir. Ryabkov Vaşinqtonu Moskvanın qətiyyətini qiymətləndirməməyə çağırıb.
QAZİLER.AZ