Belarus öz smartfonunu yaradacaq

Belarus öz smartfonunu yaradacaq backend

Belarusda milli proqram təminatı ilə işləyən mobil telefon yaradılacaq.

Qaziler.az “BelTA”ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko mühəndislik universitetlərinin tələbələri ilə görüşündə bildirib. O, vurğulayıb ki, söhbət milli təhlükəsizlikdən gedir.

Lukaşenko xatırladıb ki, ölkə hətta öz noutbukunu da hazırlayıb. Bundan əlavə, yerli şirkətlər elektrobuslar, eləcə də keyfiyyətinə görə xarici mallardan geri qalmayan müxtəlif avadanlıqlar istehsal edirlər.

“Biz də indi çox danışılan yerli mobil telefon hazırlayacağıq. Biz bunu etməliyik”, - Lukaşenko bildirib.

QAZİLER.AZ

Diaspora