İsrail ordusu Beyrutun cənubunda yerləşən Haret Horeik və El-Leylaki qəsəbələrinin sakinlərini yaxın saatlarda hava hücumlarına məruz qalacaq bir neçə binanı tərk etməyə çağırıb.
APA xəbər verir ki, “Al-Jadeed” telekanalının məlumatına görə, “Burj əl-Barajna” qaçqın düşərgəsinin sakinlərinə də xəbərdarlıq göndərilib.
Gözlənilən hücumla bağlı məlumatı “X”də İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçai Edri yayıb.