İsrail ordusu Livan ərazisinə daxil olub

İsrail ordusu Livan ərazisinə daxil olub backend

İsrail ordusunun anonsunu verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.

APA xəbər verir ki, yerli mətbuat İsrailin zirehli texnikasının Metula bölgəsində Livanla sərhədi keçdiyini yazıb.

Göründüyü kimi, İsrail ordusu Livanın cənubunda dəfələrlə elan etdiyi quru əməliyyatlarını başladıb. İsrailin sərhəddə 20 kilometrlik bufer zona yaratmağı planlaşdırıdığı bildirilir.

Yerli media baş verənləri Üçüncü Livan Müharibəsi adlandırıb. Hazırda İsrail ordusunun istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır.

Livanlı mənbələrin “Reuters“ agentliyinə verdiyi məlumata görə, Livan qoşunları Livanın cənub sərhədi boyunca İsraillə sərhədin beş kilometr şimalındakı mövqelərdən geri çəkilib.

Geri çəkilmə İsrailin Livanın cənubuna qaçılmaz quru işğalının əlamətlərinin artması fonunda baş verir. Eyni şəkildə, Livan ordusunun rəsmisi “AFP”yə bildirib ki, Livan ordusu geri çəkilmir, lakin cənub sərhədində yerləşdirilmiş qoşunları hərəkətə gətirir və yenidən qruplaşdırır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, İsrail Livanda bir sıra məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırıb.

Diaspora