Bu gün Türkiyədə də parlament seçkiləridir. Lent.az-ın məlumatına görə, bu il iyunun 7-də keçirilən seçkilərdən sonra təkbaşına hökumət qurulmadığı üçün seçki keçirilməsi barədə qərar qəbul edilib.
Seçkilərdə əsas yarış 4 partiya – AKP, CHP, MHP və HDP arasında keçəcək. 13 ildir iqtidarda olan AKP yenidən təkbaşına hakimiyyətə yiyələnmək iddiasındır. Parlamentdə əsasən kürdlərin təmsilçisi olan HDP isə yenidən 10 faizlik səs baryerini keçməyə çalışacaq.Qeyd edək ki, Türkiyədə təkbaşına hökumət qurmaq üçün partiyalardan birinin 278 deputat mandatı əldə etməsi vacibdir.