Şimali Koreya Ukraynadakı münaqişədə ABŞ və Qərbi günahlandırdı

Şimali Koreya Ukraynadakı münaqişədə ABŞ və Qərbi günahlandırdı backend

ABŞ başda olmaqla Qərb dövlətləri Ukraynada münaqişənin başlanmasına görə məsuliyyəti başqa dövlətlərin üzərinə atırlar, baxmayaraq ki, onların siyasəti ucbatından hərbi əməliyyatlar başlayıb.

Qaziler.az TASS-a istinadla  xəbər verir ki, bu barədə KXDR-in dünya təşkilatındakı daimi nümayəndəsi Kim Sonq BMT Baş Assambleyasının tribunasında bildirib.

Onun sözlərinə görə, münaqişə “NATO-nun şərqə doğru genişlənməsinin və astronomik məbləğdə hərbi təchizatın nəticəsidir”.

Sonqun sözlərinə görə, Birləşmiş Ştatlar müttəfiqinə prinsipsiz siyasi və hərbi dəstəyə, qlobal səviyyədə hərbi ittifaqlar yaratmağa haqq qazandırmağa çalışır.

Qeyd edək ki, sentyabrın 29-da KXDR bəyan edib ki, Vaşinqtonun Kiyevə hərbi yardımı dünyanı nüvə fəlakətinə sürükləyir.

QAZİLER.AZ

Diaspora