Kanadalı nazir: "BMT-nin növbəti rəhbəri qadın olmalıdır"

Kanadalı nazir: "BMT-nin növbəti rəhbəri qadın olmalıdır" backend

"BMT-nin növbəti baş katibi qadın seçilməlidir".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Kanadanın xarici işlər naziri Melani Coli Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından ümumi siyasi müzakirələr çərçivəsində çıxış edərkən bildirib.

O, dünya təşkilatının mövcud olduğu təxminən 80 il ərzində qadınların bu vəzifədə olmamasını qəbuledilməz adlandırıb.

“80 ilə yaxındır ki, heç bir qadın baş katib postunu tutmayıb. Bu qəbuledilməzdir. Bu böyük qurumun növbəti rəhbəri qadın olmalıdır”, - kanadalı nazir deyib.

QAZİLER.AZ

Diaspora