Dostoyevskinin yaşadığı mənzillərdən biri satışa çıxarılıb - FOTO

Dostoyevskinin yaşadığı mənzillərdən biri satışa çıxarılıb - FOTO backend

Sankt-Peterburqda yazıçı Fyodor Dostoyevskinin bir neçə il yaşadığı dördotaqlı mənzil satışa çıxarılıb.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” elana istinadən məlumat paylaşıb. Belə ki, evi almaq istəyən alıcılar bunun üçün 25,5 milyon rubl ödəməli olacaqlar.

“Tarix həvəskarları və investorların nəzərinə! Rus yazıçısı, filosofu və publisisti, dünya ədəbiyyatının klassiki F. M. Dostoyevskinin yaşadığı mənzil. “Kasıb insanlar” romanı məhz burada yazılıb”, - reklamda qeyd edilib.

Dörd otaqlı mənzil 1839-cu ildə tikilmiş kərpic evin ikinci mərtəbəsində yerləşir. Yaşayış sahəsi təqribən 66 kvadratmetr, ümumi sahəsi isə 100 kvadratmetrdən çoxdur. Mənzilin pəncərələri Vladimirski prospektinə və Qrafski zolağına baxır.

Əmlak agentliyinin əlində Dostoyevskinin satışa çıxarılan mənzildə həqiqətən yaşadığına dair sübutlar var. Bu barədə yazıçının müasiri Dmitri Qriqoroviç öz qeydlərində danışıb. Binanın üzərində “Kasıblar” romanının müəllifinin 1842-1845-ci illərdə burada yaşadığını bildirən xatirə lövhəsi də var.

QAZİLER.AZ

Diaspora