İsrail ordusunun Beyruta hava hücumlarında HƏMAS-ın Livandakı komandiri Fəth Şərib Əbu əl-Əmini öldürülüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, o, HƏMAS rəhbərliyinin xaricdəki nümayəndəsi kimi fəaliyyət göstərib.
Bildirildiyinə görə, İsrailin Livana endirdiyi aviazərbələr zamanı Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsinin üç üzvü də həlak olub.