İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub

İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub backend

İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd yaxınlığında ölkənin ərazi sularına girən pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hava həyəcanı siqnalı protokola uyğun olaraq işə salınmayıb.

Hərbçilər əlavə ediblər ki, PUA İsrail Hərbi Dəniz Qüvvələrinin raket korveti tərəfindən vurulub.

PUA-nın növü açıqlanmır.

Diaspora