MİT-dən İraqda əməliyyat: PKK liderlərindən biri zərərsizləşdirilib

MİT-dən İraqda əməliyyat:  PKK liderlərindən biri zərərsizləşdirilib backend

MİT İraqın şimalında keçirdiyi nöqtə əməliyyatı ilə terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan Loğman İsmayılı zərərsizləşdirib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, MİT apardığı həssas araşdırmalar nəticəsində Lokman İsmayılın terror təşkilatının Özünümüdafiə Birlikləri strukturunda "birinci dərəcəli məsul şəxs" olduğunu müəyyən edib.

Suriya əsilli PKK/KCK üzvü İsmayıla qarşı əməliyyat qərarı verilib. MİT-in sahə agentlərinin apardığı kəşfiyyatı sayəsində PKK/KCK üzvü Lokman İsmayılın İraqın şimalında olduğu müəyyən edilib.

30 ildir PKK/KCK-da fəaliyyət göstərən terrorçu Lokman İsmayil dəqiq atəşlə zərərsizləşdirilib.

Verilən məlumata görə, 2015-2016-cı illərdə Şırnakda baş verən "səngər-barrikada" hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs PKK/KCK üzvü Lokman İsmail olub.

Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə bombalı hücumun əmrini verən də Lokman İsmayıl olub.

QAZİLER.AZ

Diaspora