Ötən həftə ABŞ-ın Florida ştatının sahil zolağına 4-cü dərəcə kateqoriyasına çatan “Helene” qasırğasının yaratdığı fəlakətlər nəticəsində ölkənin cənub-şərq əyalətlərində ölənlərin sayı 90-ı keçib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran "Helene" qasırğasının mənfi təsirləri davam edir.
Səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayının 90-ı keçdiyini açıqlayıb.
CNN-in məlumatına görə, təkcə Şimali Karolinanın Buncombe bölgəsində 600 nəfərdən xəbər ala bilmədiklərini söyləyən səlahiyyətlilər ştatda 36 nəfərin öldüyünü açıqlayıb.
ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.
QAZİLER.AZ