"TikTok" sosial şəbəkəsi "Telegram" messencerinə nisbətən Ukraynanın milli təhlükəsizliyinə daha böyük təhdiddir.
Qaziler.az “Strana.ua” nəşrinə istinadla yazır ki, bunu Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəis müavini Alina Alekseyeva deyib.
Onun sözlərinə görə, "Telegram" artıq hakimiyyət tərəfindən araşdırılmış və başa düşülən platformadır.
“Ən çoxTik Tok ziyan vurur. Çünki orada həssas auditoriya yeniyetmələrdir, onlar bizim gənclərimiz və qəribə də olsa, 55 yaşdan yuxarı tamaşaçılardır. "TikTok" əslində indi böyük problemdir”, - deyə mütəxəssis bildirib.
QAZİLER.AZ