İsrailin baş naziri Benyamin Netanyahu Livandakı vəziyyətlə əlaqədar ABŞ-a səfərini qısaltmaq qərarına gəlib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, İsrail liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Netanyahunun İsrailə geri uçuşu sentyabrın 27-nə planlaşdırılıb.
“Netanyahu planlaşdırıldığından daha tez İsrailə qayıtmaq qərarına gəlib və bu axşam ABŞ-ı tərk edəcək”, - bəyanatda qeyd edilib.
Daha əvvəl baş nazirin sentyabrın 28-i axşama qədər ABŞ-da qalacağı güman edilirdi.
Qərarın müxtəlif mənbələrə görə, hədəfi Hizbullah hərəkatının lideri Həsən Nəsrullah olan İsrailin Beyruta endirdiyi hava zərbələri ilə bağlı verildiyi deyilir.
QAZİLER.AZ