İsrail Hərbi Hava Qüvvələri Beyrutu vurmaqla Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullahı məhv etməyə cəhd etsə də, əməliyyat uğursuz alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
“İsrailin Beyrutda Həsən Nəsrullahı məhv etmək məqsədi daşıyan hava hücumları uğursuzluqla başa çatıb”, - nəşr qeyd edir.
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələri Livanın Hizbullah hərəkatının Beyrutdakı Dahiya rayonunun mərkəzi hissəsində yaşayış binalarının altında yerləşən əsas qərargahına hava zərbəsi endirib.
QAZİLER.AZ