ABŞ hökuməti hələ ki, Ukrayna hərbçilərinin Rusiyaya dərin zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib-verməməsi ilə bağlı yekun qərara gəlməyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən yazıb.
Qəzet qeyd edib ki, Pentaqonun qlobal miqyasda icazə ilə Kiyevin strateji fayda əldə etməyəcəyi barədə mövqeyinə baxmayaraq, müzakirələrin davam etdiyini bildirib.
Nəşr onu da diqqətə çatdırıb ki, bu məsələdə gecikmələr səbəbindən bəzi amerikalı siyasətçilər arasında narazılıq artır. Onun sözlərinə görə, ABŞ Konqresində bəziləri Co Baydenin rəhbərlik etdiyi Ağ Ev administrasiyasına qarşı iddiaları barədə açıq danışmağa başlayıb.
QAZİLER.AZ