ABŞ Ukraynaya icazə vermədi

ABŞ Ukraynaya icazə vermədi backend

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı vurmaq üçün Qərb raketlərindən istifadə etmək icazəsi olmadan ABŞ-a səfərini başa vuracaq. O, prezident Co Bayden və vitse-prezident Kamala Harrisdən "Storm Shadow" və ATACMS təchizatına qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib, lakin ABŞ-ın mövqeyində heç bir dəyişiklik etməyib.

Qaziler.az bildirir ki, bu barədə "The Times" xəbər verir.

Bayden Zelenskiyə Ukraynaya dəstəyin davam edəcəyinə, o cümlədən təxminən 8 milyard dollarlıq yeni yardım paketinin və Rusiya qüvvələrinə zərbə endirməyə kömək edəcək dəqiq idarə olunan JSOW bombalarının çatdırılmasına əmin edib.

Lakin bu raketlər Ukraynaya Rusiyadakı hədəfləri vurmağa imkan verməyəcək. Halbuki Kiyev bunu mülki insanları xilas etmək üçün zəruri hesab edir.

QAZİLER.AZ

Diaspora