Haiti Keçid Dövrü Prezident Şurasının sədri Edqar Leblan Fil BMT Baş Assambleyasında çıxışı zamanı çətin vəziyyətdə qalıb.
Qaziler.az bildirir ki, bu barədə "tengri life" məlumat yayıb.
Yayılan videoda da görünür ki, tribunada çıxış edən Haiti lideri qrafindən su içmək istəyib. Stəkan axtaran Fil, görünür, onu tapa bilmədiyinə görə qrafindən su içmək istəyir. Bu zaman o suyu üstünə tökür. Lakin özünü itirməyərək heç nə olmamış kimi çəkinmədən ağzını sildi və çıxışına davam etdi.
Çıxışında Fil xatırladıb ki, 1825-ci ildə Haiti müstəqilliyin tanınması üçün Fransaya əhəmiyyətli məbləğ ödəməyə məcbur olub və bu, ölkə üçün “yoxsullaşmanın pis həddinə” gətirib çıxarıb.
O, Fransanı mənəvi və tarixi borcunu tanımağa və Haiti xalqına “ədalətsiz keçmişin görünməz buxovlarından” xilas olmağa imkan verəcək lazımi təzminatları verməyə çağırıb.
QAZİLER.AZ