BMT-nin bu qış ukraynalılara kömək etmək üçün vəsaiti yoxdur

BMT-nin bu qış ukraynalılara kömək etmək üçün vəsaiti yoxdur backend

Birləşmiş Millətlər Təşkilatının (BMT) bu qış ukraynalıları dəstəkləmək üçün vəsaiti yoxdur. Bütün bunlar təşkilat üçün kifayət qədər maliyyə olmaması ilə əlaqədardır.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) nümayəndəsi Karolin Lindholm Billinqə istinadən məlumat yayıb.

"Bizim kimi təşkilatlar üçün maliyyə səviyyəsi ilin bu vaxtı üçün çox aşağıdır" deyə o, bildirib.

Nümayəndə əlavə edib ki, hazırda BMT-də tammiqyaslı müharibəyə görə məcburi köçkün və ya qaçqınlıqdan əziyyət çəkən milyonlarla ukraynalıya kömək etmək üçün lazım olan vəsaitin yalnız 47%-i var. 

QAZİLER.AZ

Diaspora