ABŞ-ın Florida ştatının sahil zolağına 4-cü kateqoriya ilə çatan Helene qasırğası ilkin təsbitlərə görə 3 nəfərin ölümünə səbəb olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, Helene qasırğası Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub.
Bölgədə güclü külək və yağışlara səbəb olan 4-cü kateqoriya qasırğa səbəbindən ilkin məlumata görə, Florida ştatında 3 nəfər ölüb.
Florida qubernatoru Ron DeSantis mətbuata açıqlamasında sakinlərə qasırğadan qorunma barədə xəbərdarlıq edərək: "Floridiyalılar səhər oyandıqda, çox güman ki, daha çox can itkisi və qaçılmaz dağıntı və əmlak itkisi ilə üzləşəcəklər", - deyib.
Səlahiyyətlilər Helene qasırğasının Corciya və Şimali Karolina ştatlarında təsirini davam etdirəcəyini, Floridada isə 1,2 milyondan çox ev və iş yerinin işıqsız qaldığını bildirib.
QAZİLER.AZ