Sudanda vəba epidemiyasından 500-dən çox insan həyatını itirib

Sudanda vəba epidemiyasından 500-dən çox insan həyatını itirib backend

Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların sayının 15 min 577-yə yüksəldiyi bildirilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, açıqlamada vəba xəstəliyindən həyatını itirənlərin sayının 506-ya çatdığı qeyd edilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması həyatı daha da çətinləşdirir.

QAZİLER.AZ

Diaspora