Amerika Birləşmiş Ştatları Ukraynaya 2,4 milyard dollar dəyərində silah ötürəcək. O, yeni hərbi yardım paketinə daxil edilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Pentaqonun mətbuat xidməti və Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Pentaqonun qeyd etdiyi kimi, paket Ukraynanı əlavə hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları və hava-yer döyüş sursatları ilə təmin edəcək, həmçinin Ukraynanın müdafiə sənayesi bazasını gücləndirəcək, onun texniki xidmət və təminat ehtiyaclarını dəstəkləyəcək.
Silahlar Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində təhvil veriləcək. Bu o deməkdir ki, silahlar Amerika ehtiyatlarından deyil, sənayedən alınacaq.
QAZİLER.AZ