Serbiya məcburi hərbi xidməti çağırış yolu ilə qayıtmağı planlaşdırır.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, layihə parlamentin təsdiqini gözləyir. Hökumət və prezident artıq rəsmi şəkildə razılıqlarını bildiriblər.
Ölkədə icbari xidmət 13 il əvvəl ləğv edilib.
Belqrad 2011-ci ildə hərbi xidmətə çağırışı ləğv etdi, sonra peşəkar silahlı qüvvələrə arxalandı. İndi Serbiya Respublikasının Prezidenti Aleksandar Vucic deyir ki, həqiqi hərbi xidmətə çağırışın qaytarılması “Serbiyanı gündəlik və yorulmadan təhdid edənləri qorxutmalıdır”. Kimi nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Oğlanlar üçün icbari xidmətin 75 gün, qızlar üçün isə könüllü olacağı gözlənilir.
QAZİLER.AZ