1,5 mindən çox rusiyalı Livanın paytaxtı Beyrutdan təxliyəyə hazırlaşır.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 26-da Rusiya Federasiyasının Livandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Rudakov “İzvestiya”ya müsahibəsində bildirib.
“İstəyənlər müraciət edir, biz də buna uyğun olaraq lazımi tədbirləri həyata keçirəcəyik. Belə bir plan var”, - diplomat bildirib.
Rudakov qeyd edib ki, vəziyyət pisləşərsə, təcili təxliyə planı işə düşəcək.
QAZİLER.AZ