Fransanın 6 əyalətində güclü yağışlar səbəbindən sel xəbərdarlığı edilib

Fransanın 6 əyalətində güclü yağışlar səbəbindən sel xəbərdarlığı edilib backend

Fransanın mərkəzi və şərq hissəsindəki 6 əyalətdə güclü yağışlar səbəbindən daşqın xəbərdarlığı edilib.

Qaziler.az bildirir ki, milli meteorologiya agentliyi "Meteo France"ın verdiyi açıqlamaya görə, Aytor fırtınasının təsiri altında olan ölkənin bəzi əyalətlərində bir gündə həftəlik yağan yağışların müşahidə edilməsindən sonra həyəcan təbili çalılıb.

Fransanın mərkəzi və şərq hissəsindəki Ayn, Korreze, İsere, Jura, Savoie və Yuxarı Savoya əyalətləri üçün güclü yağış və daşqın xəbərdarlığı edilib və xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.

Meteo France, sürəti saatda 100 kilometri keçən küləklərə qarşı xəbərdarlıq edib və yağışın həyəcan siqnalının verildiyi əyalətlərə bitişik bölgələrdə də müşahidə oluna biləcəyini bildirib.

QAZİLER,AZ

 

Diaspora