Türkiyədə İŞİD DƏHŞƏTİ: iki jurnalistin başını kəsdilər

Türkiyədə İŞİD DƏHŞƏTİ: iki jurnalistin başını kəsdilər backend

İbrahim Abdulkadir ilə Firaz Hamadinin başı naməlum şəxslər tərəfindən kəsilib Türkiyədə suriyalı jurnalistlər öldürülüb. Lent.az xəbər verir ki, bu barədə Doğan xəbər agentliyi məlumat yayıb. Şanlıurfa vilayətində ərəbcə nəşr edilən “Ayn Vatan” qəzetinin redaktoru İbrahim Abdulkadir ilə müxbiri Firaz Hamadinin başı naməlum şəxslər tərəfindən kəsilib.


İlkin ehtimala görə, hadisəni İŞİD terrorçuları törədib. Artıq məsələ ilə bağlı 7 nəfər həbs edilib.

Qeyd edək ki, hər iki şəxs bir müddət əvvəl Suriyadan Türkiyəyə qaçıbmış və Şanlıurfanın Atatürk prospektində kirayə tutduqları evdə qalırmış.

Onların İŞİD-lə bağlı xəbərlər hazırladığı və məhz bu səbəbdən terrorçular tərəfindən dəfələrlə təhdid edildiyi bildirilir.
Diaspora