Şərqi Bihar əyalətində Djivitputrika festivalının qeyd edilməsi zamanı baş verən ayrı-ayrı hadisələrdə ən azı 43 nəfər, o cümlədən 37 uşaq boğularaq ölüb, ddaha üç nəfər itkin düşüb.
Qaziler.az TASS-a istinadla bildirir ki, bu barədə Biharın Təbii Fəlakətlərin İdarə Edilməsi Departamentindən məlumat verilib.
Festival çərçivəsində insanlar ştatın müxtəlif yerlərində çaylarda və gölməçələrdə keçirilən müqəddəs dini mərasimin icrası zamanı ölüb.
"İndiyədək ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatları davam etdirilir", - idarədən bildirilib.
Bildirilib ki, ştatın daha 15 rayonunda faciəvi hallar qeydə alınıb.
Djivitputrika festivalı qadınların uşaqlarının rifahı üçün oruc tutduğu və su hövzələrində müqəddəs vanna qəbul etdiyi ən böyük festivallardan biridir. Adətə görə, qadınlar övladlarını da özləri ilə dini mərasimə aparırlar.
QAZİLER.AZ