Səudiyyə Ərəbistanı neftin qiymətini bir barel üçün 100 dollar səviyyəsində saxlamaq kimi qeyri-rəsmi məqsədindən əl çəkməyə hazırdır.
Qaziler.az xəbər verir ki, bu barədə krallığın mövqeyi ilə tanış olan mənbələrə istinadən “Financial Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, dünyanın ən böyük neft ixracatçısı qiymətlərin daha da aşağı düşməsi riskinə baxmayaraq, dekabrın 1-dən hasilatı artırmaq niyyətindədir. Qərar 2022-ci ilin noyabr ayından yüksək qiymətləri saxlamaq üçün hasilatı azaltmaq kimi ardıcıl OPEC+ siyasətini həyata keçirən Ər-Riyadın strategiyasında əhəmiyyətli dəyişikliyə işarə edir.
“Financial Times” qeyd edir ki, Səudiyyə Ərəbistanı artıq bazar payını digər istehsalçılara vermək istəmir. Krallıq aşağı neft qiymətləri dövründən sağ çıxmaq üçün kifayət qədər alternativ maliyyə mənbələrinə, o cümlədən valyuta ehtiyatlarından istifadə etmək və ya suveren borc vermək imkanına malik olduğuna inanır.
QAZİLER.AZ