Çin ABŞ-ni dünyadakı bütün müharibələrin MƏNBƏYİ adlandırdı

Çin ABŞ-ni dünyadakı bütün müharibələrin MƏNBƏYİ adlandırdı backend

"Bu gün ABŞ bütün dünya üçün ən böyük təhlükədir, müharibə və münaqişələrin əsas mənbəyidir".

Qaziler.az RİA “Novosti”yə istinadla bildirir ki, bu fikirləri Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syoqan brifinqdə səsləndirib. O, Pekini qlobal inkişafa töhfə verən və dünya nizamını qoruyan sülh qurucusu adlandırıb.

“Çin dünya sülhünün qurucusudur, qlobal inkişafa töhfə verir və dünya nizamını qoruyur. Pekin hərbi siyasətin müdafiə xarakterinə ciddi şəkildə riayət edir, öz təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün milli müdafiəni və hərbi modernləşməni gücləndirir”, - nazirliyin sözçüsü deyib.

Çjan Syoqan əlavə edib ki, Birləşmiş Ştatlar “Çin kartı” oynamaqla öz problemlərini həll edə bilməyəcək. O qeyd edib ki, son illər Vaşinqton Pekini yalnız rəqib və təhdid kimi görür. Nazir ABŞ-dən Çin haqqında düzgün təsəvvür formalaşdırmağı tələb edib.

QAZİLER.AZ

Diaspora