İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusuna Livanın Hizbullah hərəkatına qarşı tam güclə hərəkətə keçməyi əmr edib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin ofisinin bəyanatında deyilir.
“Şimalda hərbi əməliyyatların zəiflədilməsi ilə bağlı iddia edilən direktiv haqqında məlumat da həqiqətə uyğun deyil”, - deyə ofisdən bildirilib.
Departament xüsusi vurğulayıb ki, Nazirlər Kabinetinin rəhbəri İsrail Müdafiə Qüvvələrinə döyüş əməliyyatlarını tam gücü ilə davam etdirməyi tapşırıb.
QAZİLER.AZ