"Yəhudi dövləti bütün məqsədlərinə çatana qədər İsraillə Livanın Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılması gözlənilmir".
Qaziler.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrail Kats “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Şimalda atəşkəs olmayacaq”, - deyə o vurğulayıb.
Katsın sözlərinə görə, əyalətin şimal bölgələrindəki mülki əhali təhlükəsiz şəkildə evlərinə qayıdana qədər İsrail ölkənin şimalında Hizbullaha qarşı mübarizəni davam etdirəcək.
QAZİLER.AZ