Tramp: Ukrayna artıq mövcud deyil

Tramp: Ukrayna artıq mövcud deyil backend

Təxminən üç il davam edən hərbi əməliyyatlardan sonra Ukrayna artıq yoxdur.

Qaziler.az xəbər verir ki, bu fikirləri Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, Ağ Evin keçmiş rəhbəri Donald Tramp Şimali Karolinada seçkiqabağı tədbirində çıxışı zamanı deyib. Onun çıxışından parçalar “X” sosial şəbəkəsində paylaşılıb.

“Ukrayna artıq mövcud deyil, buartıq Ukrayna deyil. Bu şəhərləri əvəz etmək mümkün deyil, insanları geri qaytarmaq mümkün deyil. Bu qədər insan yıxıldı”, - deyə siyasətçi bildirib.

Tramp vurğulayıb ki, Kiyev 2022-ci ilin fevralından bir neçə ay əvvəl Moskvaya güzəştə getməli idi. Ağ Evin keçmiş rəhbəri əlavə edib ki, “hər hansı razılaşma indi əldə etdiyimizdən daha yaxşı olardı”.

ABŞ prezidentliyinə namizəd həmçinin qeyd edib ki, Ukrayna şəhərlərinin bərpası yüz illlər çəkəcək. Tramp əlavə edib ki, bütün dünya birləşsə belə, ölkəni bərpa etmək üçün kifayət qədər pul olmayacaq.

QAZİLER.AZ

Diaspora