Baş nazir Benyamin Netanyahu İsraillə Hizbullah arasında atəşkəsin əldə olunacağına və Livana hücum dalğasının azalacağına dair xəbərləri təkzib edib.
APA xəbər verir ki, Baş nazirin ofisi bu xəbərlərin yalan olduğun bəyan edib.
“Bu, Baş nazirin hələ cavab vermədiyi Amerika ilə Fransanın təklifidir”, - Baş nazirin Ofisindən bildirilib.
O da qeyd olunub ki, Qəzzada döyüşlər davam edəcək.