Avropa İttifaqı ölkələri “Taliban”ı məhkəməyə verəcək

Avropa İttifaqı ölkələri “Taliban”ı məhkəməyə verəcək backend

Almaniya, Avstraliya, Kanada və Hollandiya “Taliban” qruplaşmasına qarşı qadın hüquqlarının pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Taliban” müəyyən müddət ərzində vəziyyəti yaxşılaşdırmaq üçün heç bir addım atmasa, ölkələr arbitraj prosedurlarına başlamağı planlaşdırır. Nəşr vurğulayır ki, Beynəlxalq Haaqa Məhkəməsi də bu işə cəlb oluna bilər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Hollandiyadan olan həmkarları ilə “Taliban” tərəfindən qadınlara qarşı ayrı-seçkilik məsələsi ilə bağlı məsləhətləşələr keçirəcək.

Qeyd edək ki, avqust ayında Əfqanıstanda hakim Taliban qruplaşması qadınlara ictimai yerlərdə danışmağı, üzlərini göstərməyi və nazik parçadan paltar geyinməyi qadağan edib. Qadınlara həmçinin ali məktəblərdə təhsil almaq və ya müəllim kimi işləmək də qadağandır.

QAZİLER.AZ

Diaspora